İtaliyadakı həmyerlimizdən çağırış - Özünüzü və yaxınlarınızı qorumaq üçün evdə qalın! - VİDEO

07.04.2020 20:22

Azərbaycandakı qabaqlayıcı tədbirlər vaxtında həyata keçirilib. Vətəndaşların da üzərinə böyük sosial məsuliyyət düşür. Bunu İtaliyada yaşayan həmyerlimiz deyib. O, İtaliyadaki acınacaqlı vəziyyətin səbəblərini də açıqlayıb.

Adi vaxtda insanlar və maşınlarla dolu olan bu küçə indi pandemiya səbəbindən bomboş qalıb.

Bura İtaliyanın ən böyük şəhərlərindən olan Milanın mərkəzi küçələrindən biridir. Kadrları həmin şəhərdə yaşayan həmyerlimiz Fəxrəddin Qafarlı çəkərək "Xəzər Xəbər"ə göndərib. Onun sözlərinə görə, İtaliyada koronavirus infeksiyası aşkarlanandan sonra bütün qabaqlayıcı tədbirlər görülüb.Amma yoluxma və ölüm çox sürətli oldu. Buna əsas səbəb də vətəndaşların karantin qaydalarına əməl etməməsidir.

Həmyerlimizin sözlərinə görə son bir neçə gündə qaydalar daha da sərtləşdirilib. Bunun nəticəsində də yoluxma və ölüm sayında azalma var.

Musiqiçi olan Fəxrəddin Qafarlı deyir ki, İtaliyada iş yoldaşının və ya hər hansı bir yaxının virusa yoluxması adi hala çevrilib. Azərbaycanda da bu cür vəziyyətin yaranmaması üçün vətəndaşlar karantin qaydalarına ciddi əməl etməlidir.

Fəxrəddin Qafarlı Azərbaycandakı qabaqlayıcı tədbirlərin vaxtında həyata keçirildiyini, vətəndaşların da üzərinə böyük məsuliyyət düşdüyünü bildirib.

© xezerxeber.az


197 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR