AQTA-dan sahibkarlara MÜRACİƏT

04.04.2020 21:31

Qida Təhlükəsizliyi Agentliyi qida sahəsində çalışan sağlamlıq vəziyyətinə şübhə olan işçilər barədə sahibkarlara müraciət edib.

XəzərXəbər AQTA-ya istinadən xəbər verir ki, əgər hansısa işçinin səhhətinə görə narahatlığı olsa, bununla bağlı dərhal tədbir görülməlidir.

Həmin işçilər digər işçilərlə təması kəsilməli, dərhal evə göndərilməlidir: "Xəstəlikdən azad olanadək evdə qalmalı, belə şəxslərdən xəstəliyini təsdiqləyən xəstəlik vərəqəsi tələb edilməməli və xəstə ailə üzvünə qulluq etmək üçün işçilərə evdə qalmağa imkan yaradılmalıdır".

© xezerxeber.az


141 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR