Hindistanda yeni doğulan əkizlərə Kovid və Korona adı verildi - FOTO

04.04.2020 10:22

Hindistanın Raypur şəhərində cütlük doğulan əkiz uşaqlarına koronavirusun mövcud pandemiyasına görə Korona və Kovid adı verib.

"Metro” nəşri bildirir ki, oğlan və qız qeysəriyyə əməliyyatı vasitəsi ilə dünyaya gəliblər.

Əkizlərin valideynlərinin sözlərinə əsasən, bu adlar onlara keçdikləri bütün çətinlikləri xatırladacaq.

"Koronavirus çox təhlükəlidir, lakin onun sayəsində insanlar təmizliyə və gigiyena qaydalarına daha çox fikir verməyə başlayıblar. Elə buna görə də biz övladlarımızı Korona və Kovid adlandırmaq qərarına gəldik. Biz bu barədə düşünürdük. Lakin xəstəxananın personalı da uşaqlarımıza Korona və Kovid deyə müraciət etdikdə, qərarımız qətiləşdi”, - deyə körpələrin anası Priti Verma bildirib.

Cütlük qeyd edib ki, pandemiya bitdikdən sonra uşaqların adlarını dəyişdirə bilərlər.

© xezerxeber.az


133 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR