ABŞ-da 104 yaşlı veteran koronavirusdan sağalıb

02.04.2020 21:52

Oreqon ştatının sakini 104 yaşlı II Dünya müharibəsi veteranı Bill Lapsçis koronavirusun səbəb olduğu xəstəlikdən sağalıb.

Xezerxeber.az "Fox News" telekanalına istinadla xəbər verir ki, Lapsçis koronavirusa yoluxduqdan sonra sağalan ən yaşlı insandır. O, özünün 104 yaşını bu həftənin əvvəlində qeyd edib.

II Dünya müharibəsi illərində Aleut adalarında xidmət edən Bill Lapsçis Oreqon ştatının Lebanon şəhərində müharibə veteranları üçün tikilən qocalar evinin koronavirusa yoluxan 15 sakinindən biri idi. Həmin pasientlərdən ikisi bu həftə həyatını itirmişdi.

Federal və yerli hakimiyyət orqanlarının informasiyaları əsasında hesablamalar aparan Cons Hopkins Universitetinin məlumatına əsasən, indiyə qədər ABŞ-da koronavirusa 216 mindən çox yoluxma və bu xəstəlikdən 5,1 mindən çox ölüm faktı qeydə alınıb.

© xezerxeber.az

FOTOQALERIYA






111 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR