Müğənnilər "Evdə qal" kampaniyasına belə dəstək verirlər - VİDEO

02.04.2020 20:37

Sosial şəbəkələrdə mini konsert verən müğənnilərin sayı durmadan artır.

Xezerxeber.az-ın məlumatına görə, "Sənətinlə dəstəklə" aksiyasına qoşulan müğənnilər kiçik ansamblları ilə müxtəlif janrlarda musiqilər ifa edirlər.

Eyyub Yaqubovla başlayan aksiyaya qoşulan müğənnilərdən biri də Zamiq Hüseynovdur. "Evdə qal, musiqidən qalma" aksiyasına qoşulan müğənni "İnstagram” üzərindən kiçik konsert keçirib. Müxtəlif janrlarda mahnı ifa edən müğənni bununla insanlara səslənib, evdə qalaraq faydalı və maraqlı işlərlə məşğul ola bilməyin mesajını verib.

Bu trendə qoşulan Xalq artisti Miryusif isə insanlara fərqli şəkildə səslənib. Övladları ilə birlikdə kamera qarşısına keçən müğənni xüsusi karantin rejiminə kimliyindən, vəzifəsindən, sosial vəziyyətindən asılı olmayaraq hər kəsi riayət etməyə dəvət edib.

Qeyd edək ki, artıq sosial şəbəkələrdə bir çox müğənnilər mini konsertlər təşkil edib. Bununla da onlar insanları evdə qalmağa səsləyiblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






223 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR