Teymur Rəcəbov FIDE-nin yeni reytinq siyahısında ilk onluqdakı mövqeyini qoruyub

01.04.2020 23:29

Beynəlxalq Şahmat Federasiyası (FIDE) aprelin 1-nə olan reytinq siyahısını açıqlayıb.

Xezerxeber.az xəbər verir ki, yeni reytinq cədvəlində Azərbaycan qrossmeysterlərindən biri ilk onluqda qərarlaşıb. Dünya kubokunun sahibi Teymur Rəcəbov doqquzuncu pillədəki yerini qoruyub. Onun aktivində 2765 xal var. Şəhriyar Məmmədyarov isə onuncu sıradakı mövqeyini itirib. Aktivində 2764 xal olan Ş.Məmmədyarov bir pillə geriləyərək, on birinci yerdə qərarlaşıb.

Digər şahmatçılarımızdan Qədir Hüseynov (2665, 72-ci yer), Nicat Abasov (2664 xal, 74-cü yer), Rauf Məmmədov (2654, 91-ci yer) ilk yüzlükdə yer alıblar.

Siyahıya norveçli hazırkı dünya çempionu Maqnus Karlsen (2863) başçılıq edir. ABŞ təmsilçisi Fabiano Karuana (2835) ikinci, çinli Liren Dinq (2791) üçüncü yerlərdə qərarlaşıblar.

Qadın şahmatçılarımızdan Günay Məmmədzadə bir pillə geriləyib və 2443 xalla 29-cu yeri tutur. Gülnar Məmmədova 77-ci (2386 xal), Xanım Balacayeva 86-cı (2376 xal) pillədə qərarlaşıblar. Ülviyyə Fətəliyeva isə ilk yüzlükdən kənarda qalıb.

Qadınların reytinq cədvəlində əvvəlki kimi birinci sırada çinli Hou Yifan (2658 xal) qərarlaşıb. Hindistan şahmatçısı Humpi Koneru (2586 xal) və Rusiya təmsilçisi Aleksandra Qoryaçkina (2582 xal) sonrakı iki pilləni tutublar.

© xezerxeber.az


122 dəfə oxunub

XƏBƏRLƏR

25.05.2020 19:40

Zidan Edeqoru qaytarır

ÇOX OXUNANLAR