Hamını evdə qalmağa çağıran futbolçu şənliyə yollandı və... - FOTO

30.03.2020 16:42

İngiltərənin "Aston Villa” klubunun yarımmüdafiəçisi Cek Qriliş xoşagəlməz halla üzləşib.

"24tv” xəbər verir ki, futbolçu "Instagram” səhifəsində koronavirusla mübarizə çərçivəsində karantinin qaydalarına riayət etmək və evdə qalmaqhaqqında çağırış edib.

Lakin müraciətdən bir neçə saat sonra futbolçu özü karantin qaydalarını pozaraq, komanda yoldaşı Ross Makkormakın evinə yollanıb. Yolda idarə etdiyi "Range Rover” avtomobili ilə qəza törədən 24 yaşlı futbolçu xoşagəlməz vəziyyətə düşüb.

Azarkeşlər futbolçunu məsuliyyətsizlikdə günahlandırıblar. Klub rəhbərliyi isə karantin qaydalarını pozan futbolçuya qarşı cəza tədbirlərinin tətbiq olunacağını elan edib.

© xezerxeber.az


106 dəfə oxunub

XƏBƏRLƏR

25.05.2020 19:40

Zidan Edeqoru qaytarır

ÇOX OXUNANLAR