Çin dünyaya BƏYAN ETDİ: Koronavirusun yayılması dayandı

30.03.2020 14:21

Çində koronavirus pandemiyasının yayılmasının böyük miqyasda qarşısı alınıb.

Bunu ölkənin Milli Səhiyyə Komissiyasının mətbuat katibi Mi Fenq açıqlayıb.

O bildirib ki, 28 martdan bəri təsdiqlənmiş yoluxma faktı 3 mini keçməyib.

Komissiya rəsmisi başqa ölkələrdən Çinə gələnlərin yeni epidemiya dalğasına səbəb ola biləcəyini vurğulayıb.

Səlahiyyətli şəxslər Çinə xaricdən gələn koronavirus xəstəsi sayının 693-ə qalxdığını bildirir.

Son məlumatlara görə, Çində son 24 saat ərzində 31 yeni yoluxma faktı aşkarlanıb. Bununla da koronavirusa yoluxanların sayı 81 min 470-ə çatıb. Onlardan 3 min 304 nəfəri dünyasını dəyişib. 75 min 700 nəfər sağalıb./Publika.az

© xezerxeber.az


522 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR