Bakı
18 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

BNA: Hələ də bəzi vətəndaşlar özünütəcrid tədbirlərinə adekvat davranmırlar

29.03.2020 09:36

Xüsusi karantin rejiminin tətbiq edilməsinə baxmayaraq, hələ də bəzi vətəndaşlarımız özünütəcrid tədbirlərinə adekvat davranmırlar. 

Bakı Nəqliyyat Agentliyindən xezerxeber.az-a verilən məlumata görə, "Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində perrondan kənar ərazidə insanlar müəyyən qrup halında toplaşır ki, bu da mövcud epidemik vəziyyətdə yoluxma riskini artırır.

Qeyd edilənləri nəzərə alaraq, "Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində perrondan kənar skamyalar və digər oturacaq yerlərindən istifadəyə qadağa qoyulub: "Vətəndaşlarımızdan xahiş edirik ki, xüsusi karantin rejimi davam etdiyi müddətdə "Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində yalnız müntəzəm marşrut xətləri üzrə avtobusların xidmətlərindən istifadə etsinlər. Həmçinin, tövsiyə edirik ki, özünütəcrid tədbirlərinə uyğun davransınlar, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməkdən çəkinsinlər".

© xezerxeber.az


198 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR