Qazaxıstanın üç şəhərində karantin rejimi gücləndirilir

26.03.2020 21:46

Qazaxıstan hakimiyyəti koronavirusun yayılmasının qarşısını almaq məqsədilə Nur-Sultan, Almatı və Çimkənt şəhərlərində karantin rejiminin gücləndirilməsi barədə qərar qəbul edib.

Qərara əsasən, martın 28-i saat 00:00-dan etibarən bu şəhərlərin sakinlərinin evdən çıxışına qadağa qoyulub. Nur-Sultan, Almatı və Çimkənt sakinləri evlərini yalnız işə getmək, habelə dərman vasitələri və ərzaq məhsulları almaq üçün tərk edə bilərlər.

Qeyd edək ki, bugünədək Qazaxıstanda 109 nəfər koronavirusa yoluxub.

© xezerxeber.az


121 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR