Qəbul-çeşidləmə məntəqələrində 3 mindən artıq insan yoxlanıb - VİDEO

26.03.2020 18:37

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən yaradılmış qəbul-çeşidləmə məntəqələri genişləndirilir.

Xezerxeber.az-ın məlumatına görə, İrandan gələnlər üçün Astara və Biləsuvarda, Rusiyadan gələnlər üçün Qusarda "Samur", Xaçmazda "Xanoba" Sərhəd-keçid məntəqələrinin yaxınlığında, Gürcüstandan gələnlər üçün Qazaxda "Sınıq körpü", Balakəndə isə "Mazımçay" Sərhəd-keçid məntəqələrinin yaxınlığında qəbul-çeşidləmə məntəqələri yaradılıb. Sonradan isə bu cür məntəqələr Naxçıvanda da qurulub.

Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsinin şöbə rəisi Xanım Sofiyeva bildirib ki, qəbul-çeşidləmə məntəqələrində sərhədi keçən şəxslərin təkrar müayinəsi aparılır.

Əgər, şübhəli hal aşkarlanan şəxs xarici ölkənin vətəndaşıdırsa, dərhal onunla bağlı aidiyyəti qurumlar məlumatlandırılır. Sonra isə öz ölkəsinə qaytarılması üçün sərhəd-keçid məntəqəsinə təhvil verilir. Yaradılandan bu günə kimi həmin məntəqələrdə 3 mindən artıq insan yoxlanıb.

Qəbul-çeşidləmə məntəqələri fasiləsiz fəaliyyət göstərir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



© xezerxeber.az

FOTOQALERIYA






362 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR