Marneulidə 15 min nəfər COVİD-15 virusu ilə əlaqədar testdən keçirilib

26.03.2020 15:41

Koronavirusla əlaqədar Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda 15 min nəfər, Bolnisi rayonunda isə 3 400 nəfər COVİD-19 virusunu sürətlə aşkarlayan testdən keçirilib.

Bu barədə jurnalistlərə Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru Şota Rexviaşvili məlumat verib.

Qubernator deyib ki, aparılan test yoxlamalarının nəticəsində iki rayonda koronavirusa hələ hər hansı bir yoluxma halı təsdiqlənməyib.

Onun sözlərinə görə, Marneuli və Bolnisidə ciddi karantin rejimi normal qaydada davam edir.

"Hazırda hər iki bələdiyyədə ərzaq məhsulları, yanacaq və dərman preparatları kifayət qədərdir" - deyə Ş.Rexviaşvili vurğulayıb.

Bildirib ki, bu gün 10 min ədəd tibbi maska və digər tibbi ləvazimatlar Marneuli və Bolnisidə paylanılacaq.

Qeyd edək ki, martın 23-dən azərbaycanlıların yığcam yaşadıqları hər iki rayonda ciddi karantin rejimi tətbiq olunur.

© xezerxeber.az


96 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR