Qadına qarşı soyğunçuluq edən keçmiş məhkum tutulub

26.03.2020 15:06

Yasamal rayonu ərazisində naməlum şəxs Bakı şəhər sakini olan bir qadından içərisində mobil telefon və qızıl sırğa olan çantanı soyğunçuluq yolu ilə alıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Ə.Məmmədov Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

© xezerxeber.az


86 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR