Gürcüstanda koronavirusa yoluxanların sayı 77 nəfərə çatıb

26.03.2020 11:32

Gürcüstanda yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 77 nəfərə çatıb.

Bu barədə Tbilisi İnfeksion Xəstəliklər Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaya jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, ölkə üzrə karantində 4055, stasionar müalicədə isə 252 nəfər var, virusa yoluxmuş şəxslərdən 10-u artıq sağalıb.

© xezerxeber.az


73 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR