Paulo Dibala koronavirusdan sağalıb

26.03.2020 10:54

"Yuventus"un hücumçusu Paulo Dibalanın səhhətində heç bir problem qalmayıb.

Xezerxeber.az-ın məlumatına görə, argentinalı ulduz futbolçu koronavirusa qalib gəlib.

27 yaşlı oyunçu sosial şəbəkə vasitəsilə paylaşım edərək, müalicədən sonra ikinci testinin neqativ çıxdığını bildirib. Karantində olan futbolçu artıq tamam sağalıb.

Qeyd edək ki, Dibala və sevgilisi Oriana Sabatininin martın 21-də koronavirus xəstəliyinə yoluxduğu açıqlanmışdı.

© xezerxeber.az


118 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR