Özbəkistanda COVID-19 koronavirusuna yoluxanların sayı 60 nəfərə çatıb

26.03.2020 10:21

Özbəkistanda COVID-19 koronavirusuna yoluxanların sayı 60 nəfərə çatıb.

Özbəkistan Səhiyyə Nazirliyindən AZƏRTAC-ın müxbirinə bildiriblər ki, martın 25-də bu virusa yoluxanların sayı 55 nəfər olub. 24 saat ərzində daha 5 adamda koronavirus aşkar edilib. Nazirlikdən deyiblər ki, virusa tutulanlar arasında dörd nəfərin vəziyyəti ağırdır. Xəstələr Özbəkistan Elmi-Tədqiqat Virusologiya İnstitutunun klinikasında müalicə alırlar.

Ölkədə karantinə götürülənlərin sayı günbəgün artır.

© xezerxeber.az


72 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR