Merkelin ikinci koronavirus testi də mənfi nəticə verib

26.03.2020 08:57

Almaniya kansleri Angela Merkel ikinci dəfə koronavirus testindən keçib və nəticələr yenə də mənfi çıxıb.

Bu barədə yerli "N-TV” telekanalı AFR hökumətinin nümayəndəsinə istinadən məlumat berib.

"Kansler əvvəlki kimi ev karantini şəraitində işləyir və növbəti həftənin əvvəlində daha bir test verəcək”, - deyə məlumatda qeyd olunub.

Merkel birinci testini bazar ertəsi günü vermişdi, onun cavabı elə həmin gün məlum olmuşdu.

© xezerxeber.az


73 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR