Gürcüstan hökuməti vətəndaşlarına dörd ölkəyə səfər etməməyi tövsiyə edib

28.02.2020 21:52

Gürcüstan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına yenidən müraciət edib.

Xezerxeber.az xəbər verir ki, nazirlik Gürcüstan vətəndaşlarına koronavirusun daha çox yayıldığı ölkələrə səfərlərdən çəkinməyə çağırıb. XİN-in müraciətində deyilir ki, koronavirusun Gürcüstanda yayılmasının qarşısının alınması üçün Çin, İran, İtaliya və Cənubi Koreyaya səfər edilməsi tövsiyə olunmur.

© xezerxeber.az


183 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR