DSX-də istefaya buraxılan generallarla görüş keçirilib - FOTO

27.02.2020 17:43

Bu gün Dövlət Sərhəd Xidmətinin Aparatında Dövlət Sərhəd Xidməti rəisinin müavinləri - general-leytenant Asif Cəbra­yı­lov, general-leytenant Fərhad Tağı-zadə və general-leytenant Əsgər Xəlilovun Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Silahlı Qüvvə­lərdə həqiqi hərbi xidmətdən istefaya buraxılmaları ilə əlaqədar təntənəli tədbir keçirilib.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən xezerxeber.az-a bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarının elan edilməsi ilə başlayan tədbirdə çıxış edən Dövlət Sərhəd Xid­mə­tinin rəi­si general-polkovnik Elçin Quliyev artıq uzun illərdir ki, yaranmış ənənəyə uyğun olaraq bu təntənəli tədbirin keçirildiyini qeyd edib, istefaya buraxılan ali hərbi rütbəli zabitlərə müstəqil Azərbay­canın sərhəd mühafizəsinin formalaşmasında və inkişafında, gənc sərhədçi nəslinin yetişməsində səmə­rəli xidməti fəaliy­yət­lərinə görə təşəkkür edib, keçdikləri çətin və şərəfli xidmət yolunun yetişməkdə olan gənc nəslin formalaşmasına öz layiqli töhfəsini verdiyini xüsusi vurğulayıb.

Sonra Dövlət Sərhəd Xidmətinin rəisi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 3-cü dərəcəli "Rəşadət” ordeni təltif edil­miş generalların ordenlərini onlara təqdim edib, dövlət sərhəd­lərinin müha­fizəsi sahəsinə göstərdiyi ali diqqət və qayğıya görə Ali Baş Komandana bir daha minnətdarlığını bildirib.

Tədbirdə çıxış edən generallar yüksək dövlət mükafatı – 3-cü dərə­­cəli "Rəşadət” ordeninə layiq görüldüklərinə və yüksək dövləti qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvə­lərin Ali Baş Koman­danı İlham Əliyevə dərin minnətdarlıqlarını bildirib, bütün xidməti fəaliyyətləri dövründə Ümummilli Lider Heydər Əliyevə və Prezidentə sədaqətlə xidmət etdik­lə­rinə görə özlərini xoşbəxt saydıqlarını, bundan sonra da dövlət sərhədlərinin müha­fizəsi və toxunulmazlığının təmin olunması üçün öz bilik və bacarıqlarını əsirgəməyəcəklərini qeyd ediblər.

Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev vətən qarşısında yüksək xidmətlər göstərərək istefaya bura­xılan generallara bir daha minnətdarlığını bildirib, şəxsi həyatlarında uğurlar arzulayıb.

© xezerxeber.az

FOTOQALERIYA






190 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR