Dedilər təslim ol, qaçdım - Xocalı sakininə qarşı törədilən erməni vəhşilyi - VİDEO

26.02.2020 20:20

28 il öncə 39 yaşı vardı İsmayıl Bilalovun... Xocalıda boya-başa çatıb, ailəsi ilə orada yaşayırdı.

Xezerxeber.az-ın məlumatına görə, həmin gecə qardaşlarını axtarmağa gedərkən vəhşiləşmiş erməni əsgərləri ilə rastlaşır. Mənfurlar İsmayılı əsir götürməyə cəhd etsə də buna nail ola bilmirlər. Bu zaman İsmayıla atəş açırlar və o, ayağından yaralanır.

Həmin ərazidən uzaqlaşan Xocalı sakini yaralı halda bir müddət zirzəmidə qalıb.

Yaxınlarının köməy ilə Ağdama, oradan isə Mingəçevir şəhərinə gətirilən İsmayıl Bilalovun sağ ayağı amputasiya edilib. 28 ildi ki, 67 yaşlı Xocalı sakini protez vasitəsi ilə hərəkət edir.

İsmayıl Bilalov Xocalı faciəsi zamanı öz sağlamlığını itirməklə yanaşı, 8 yaşlı övladını və gənc qardaşını da itirib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






253 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR