Malayziyanın 94 yaşlı Baş naziri istefa verib

25.02.2020 15:41

Malayziyanın 94 yaşlı Baş naziri Mahathir Məhəmməd tutduğu vəzifədən istefa verdiyini bəyan edib.

Mahathir Məhəmməd istefa barədə ərizəsini fevralın 25-də səhər krala təqdim edib.

Sabiq Baş nazirin bu addımı Cənub-Şərqi Asiyanın bu ölkəsində böyük siyasi çaşqınlıq yaradıb.
Mahathir Məhəmmədin istefasını qəbul edən Kral ondan həmin vəzifəyə yeni təyinat olanadək vəzifələrinin icrasını davam etdirməyi təklif edib.

Mahathir Məhəmmədin istefası İqtisadiyyat naziri Əzmin Əlinin rəhbərlik etdiyi partiyanın hakim koalisiyanı tərk etməsindən sonra baş verib. Bundan sonra Mahathir Məhəmməd parlamentdə koalisiyanın üstünlüyünü saxlamaqda çətinliklə qarşılaşıb.

© xezerxeber.az

FOTOQALERIYA






129 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR