ŞOK İDDİA: ABŞ-da prezidenti PUTİN SEÇİR

24.02.2020 12:49

Rusiyanın ABŞ-da keçirilən prezident seçkilərinin ilk mərhələsinin nəticələrinə müdaxiləsi kifayət qədər təsirli olub.

Bu barədə ABŞ mediası məlumat yayıb. Bildirilib ki, Moskva demokratların namizədi Berni Sandersin qələbə qazanması üçün nəticələri dəyişib. Məlumata görə, Ayova, Nyu-Hempşir ştatlarında uğurlu nəticə əldə edən Sandersin, Nevada seçkilərində də ilk mərhələdən qalib ayrılması Rusiyanın müdaxilə nəticəsində olub.

Qeyd edək ki, ötən gün ABŞ mətbuatında Rusiyanın seçkilərə müdaxiləsi barədə xəbərlər yayılıb. ABŞ kəşfiyyatı məsələ barədə hakim dairələri məlumatlandırıb.

2016-ci ildə Rusiyanın prezident seçkilərinin yekun nəticələrinə müdaxilə etdiyi barədə iddialar yayılmışdı. Bu qərb mediasında "ABŞ-da Rusiyanın istədiyi prezident seçilir” müzakirələrini gündəmə gətirib./publika.az

© xezerxeber.az


136 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR