Azərbaycanda zəlzələ təhlükəsi varmı? - VİDEO

23.02.2020 20:33

Bu gün səhər qonşu ölkələrdə baş verən zəlzələ ölkəmizdən də yan keçməyib. Zəlzələ öz təsirini Naxçıvanda da göstərib. Naxçıvan Muxtar Respublikasında təkanalar olub. Bu da öz növbəsində ölkəmiz üçün zəlzələ təhlükəsinin olub olmaması məsələsini ortaya çıxarır.

İran və Türkiyədəki zəlzələ öz təsirini Naxçıvanda da göstərib. Naxçıvan Muxtar Respublikasında təkanalar olub. Bu da öz növbəsində ümumilikdə ölkə ərazisində zəlzələ təhlükəsi məsələsini ortaya qoyur.

Seysmoloji xidmət mərkəzinin direktoru Qurban Yetirmişlinin sözlərinə görə, baş verən zəlzələlərin Naxçivanda hiss olunması sadəcə bu zəlzələlərin nisbətən üst qatda baş verməsi ilə bağlıdır.

Qurban Yetirmişli həmçinin əlavə edib ki, qonşu ölkələrdə olan zəlzələnin ölkə ərazisi üçün hec bir təhlükəsi yoxdur.

Qeyd edək ki. Naxçıvanda hiss olunan təkanlar heç bir zərər vurmayıb.

© xezerxeber.az


231 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR