Bakıda quldurluq edən şəxslər 5 ay sonra ələ keçdi

20.02.2020 15:55

Bakıda quldurluq etmiş şəxslər tutulub.

XəzərXəbər Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini Z.Novruzov 2019-cu il oktyabrın 9-da A.Manafov küçəsində 2 nəfərin onu bıçaqla hədələyib mobil telefonunu aldığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş K.Əhmədov və Qazax rayon sakini İ.Məhəmmədov saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.

Araşdırma aparılır.

© xezerxeber.az


129 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR