Xırdalanda keçmiş məhkumdan avtomat götürülüb

20.02.2020 13:11

Abşerondan Salyan sakinində silah aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının Xırdalan şəhəri ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayon sakini, əvvəllər məhkum olunmuş R.Əzizovdan "AKM” markalı silah, 1 ədəd patron darağı və 29 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

© xezerxeber.az


147 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR