Bakıda evlərdən və “play station” salonlarından oğurluqlar edən xala uşaqları tutulub - FOTO

19.02.2020 13:23

Xəzər rayonu Binə qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən silsilə oğurluqlar edən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 3-cü polis bölməsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində oğurluqlar edən Lənkəran şəhər sakinləri Vüsal Məmmədli və xalası oğlu Elxan Hüseynov tutularaq istintaqa təqdim ediliblər.

Araşdırma zamanı onların Binə qəsəbəsində 7 evdən pul, qızıl-zinət və məişət əşyaları, 2 "play station” salonundan ümumilikdə 18 ədəd oyun aparatı və 1 mağazadan ərzaq məhsulları oğurladıqları məlum olub.

Qeyd edilən faktlarla bağlı saxlanılan şəxslər barəsində 3-cü polis bölməsində toplanan materiallar Xəzər RPİ-nin istintaq şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

© xezerxeber.az

FOTOQALERIYA






136 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR