Ucar sakini heyvanlarını satdığı adamdan pulunu ala bilmir - VİDEO

16.02.2020 19:24

Ucarda kənd sakini heyvanlarını satdığı adamdan pulunu ala bilmir.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Ucar rayon, Lək kənd sakini Hafiz İbadovun başına gəlib.

2018 ci ilin dekabrında rayon sakini Tural Hüseynov heyvan almaq məqsədi ilə həmin kəndə gəlib. O , 20 baş qoyunun pulunu

20 günə verəcəyini deyib. Bununla razılaşmayan Hafiz İbadov qaynı Elşən Hüseynovun Tural Hüseynova zamin durduqdan sonra qoyunları ona verib.

Zərərçəkən Hafiz İbadovun sözlərinə görə, Tural Hüseynov ondan başqa rayonun Alpı və Lək kənd sakinlərindən də iri və xırdabuynuzlu heyvanlar alaraq pullarını mənimsəyib.

Hafiz İbadov bununla bağlı Ucar rayon polis şöbəsinə müraciət edib.

Rayon polis şöbəsindən isə bildirilib ki, bu məsələ ilə bağlı müraciət daxil olub. Lakin bu işdə hər hansı bir dələduzluq faktı olmadğına görə vətəndaş məhkəməyə müraciət etməlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






358 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR