Virusa yoluxan şəhərdə xəstəxana tikintisi başladı – Cəmi 10 günə hazır olacaq

24.01.2020 21:56

Yanvarın 23-də Çinin Uxan şəhərində yeni növ koronavirusa (2019-nCoV) yoluxanlar üçün xüsusi xəstəxananın inşasına başlanılıb.

Bu barədə Çinin "CGTN” televiziyası xəbər yayıb.

Layihəyə görə, xəstəxananın sahəsi 25 min kvadrat metr olacaq. Tibb müəssisəsi min nəfər üçün nəzərdə tutulub. Obyektin fevralın 3-də istifadəyə verilməsi planlaşdırılır.

Ümumdünya Səhiyyə Təşkilatı dünyanın bütün ölkələrinə yeni növ koronavirus səbəbindən tədbir görməyə hazır olmağı tövsiyə edib.

Ən son məlumatlara görə, virus səbəbindən 26 nəfər ölüb, 800-dən çox adam virusa yoluxub.

© xezerxeber.az


161 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR