“Çelsi”nin qapıçısını dəyişir

24.01.2020 18:31

"Çelsi”nin qapıçısı Kepa Arrisabalaqanın klubda qalıb-qalmayacağı sual altındadır.

"Evening Standard” nəşri xəbər verir ki, 25 yaşlı qolkiperin son oyunlarda nəticəyə təsir göstərən səhvlərə yol verməsipaytaxt təmsilçisinin qapıçı axtarışına çıxmasına səbəb olub. "Çelsi”nin İngiltərə millisi və "Bernli”nin qapıçısı Nik Poupu transfer etmək istədiyi bildirilir. Bu transfer baş tutarsa, böyük ehtimalla Kepa ilə yollar ayrılacaq.

Xatırladaq ki, ispaniyalı qapıçı 2018-ci ildə 80 milyon avro müqabilində "Atletik”dən "Çelsi”yə keçib və onunla müqavilə müddəti 2025-ci il iyunun 30-da başa çatacaq.Kepa bu mövsüm, bütün turnirlər nəzərə alınmaqla, 43 oyunda çıxış edib və 31 top buraxıb.

© xezerxeber.az


166 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR