3 min illik mumiyanın səsi eşidildi - ŞOK VİDEO

24.01.2020 18:02

Alimlər mumiyalanmış misirli rahibin səsini süni səs telləri ilə yenidən canlandırıblar.

Kult.azxəbər verir ki, alimlər qədim Misirin Vaset şəhərində rahib olan Nesyamunun DNT-si əsasında süni səs telləri yaradıblar. Nesyamunun səs telləri xüsusi proqram vasitəsilə aydın şəkildə eşidilib.

Araşdırmaların davam edəcəyini bildirən alimlər gələcəkdə bu üsulla bir çox tarixi şəxsiyyətin əsl səsini eşidə biləcəklərini vurğulayıblar.

Qeyd edək ki, sözügedən mumiyanın 3 min il yaşı olduğu bildirilib.

© xezerxeber.az


169 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR