Yaxşı xəbər gəldi: yeni virusdan tam sağalan var

24.01.2020 17:12

Çində peyda olan yeni ölümcül koronavirusa yoluxanlardan biri tamamilə müalicə olunub.

XəzərXəbər xəbər verir ki, 23 yaşlı Xuan (Huang) soyadlı şəxsi Uxan şəhərində intensiv terapiya şöbəsində müalicə ediblər.

Onun sözlərinə görə, xəstəliyin ən ağır vaxtı yeriyə bilmirmiş və ağ ciyərlərin süni havalandırmasına ehtiyac duyurmuş.

Hal-hazırda isə o, tamamilə sağlamdır.

Xuan sağalmasını gənc olması və bacısın göstərdiyi qayğı ilə bağlayır.(oxu.az)

© xezerxeber.az


112 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR