Bakı
6 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

ABŞ "İncirlik” bazasını boşaldır

22.01.2020 15:06

ABŞ Türkiyədəki "İncirlik” hərbi bazasını boşaldır.

"Vectrus” şirkəti 20 yanvar tarixində bazanın müdafiə sənayesində işləyən 32-si qadın olmaqla, 424 nəfəri işdən çıxarıb.

Bu hadisədən sonra ABŞ-ın bazanı boşaltdığı iddiaları gündəmə gəlib.

Şirkət bu addımını Türkiyə Hərbi-İş Həmkarlar İttifaqına bildirib. Səbəb olaraq isə Amerikanın bölgədən çəkilməsi təşəbbüsü göstərilib.

Türkiyə Hərbi-İş Həmkarlar İttifaqı Adana Şöbəsinin müdiri Ərdal Akal da keçirdiyi mətbuat konfransında bu iddianı dilə gətirib: "İraq, Suriya və Türkiyədən çəkilmək istədiklərini bildirirlər. Buna bağlı şəkildə kadrları məhdudlaşdırırlar. ABŞ hökuməti çəkilmək istəyir. Şirkət sadəcə hökumətin səlahiyyət verdiyi səviyyədə işçi götürür. Bu da ABŞ-ın müttəfiqliyi hər sahədə pozmaq təşəbbüsüdür”.

Qeyd edək ki, ABŞ-ın "İncirlik"də nüvə başlıqlı raketlər yerləşdirdiyi iddia edilir./publika.az

© xezerxeber.az


115 dəfə oxunub

ÇOX OXUNANLAR