Gözlənilməz ittifaq: əzəli düşmənlər ABŞ və Qərbə qarşı birləşir

16.12.2019 12:16

Səudiyyə Ərəbistanı hökuməti İranla gizli görüşlər keçirib.

Bu barədə"Wall Street Journal” informasiya yayıb.

Bildirilib ki, 14 sentyabrda "Aramco” neft şirkətinə edilən hücumdan sonra rəsmi Ər-Riyad xarici siyasətində dəyişikliyə gedir. Məhz bu çərçivədə regional rəqibləri ilə münasibətlərini normallaşdırmaq variantını gündəmə gətirib və Tehran ilə gizli görüşlərə başlanıb.

Bu toplantılara Oman, Küveyt və Pakistan vasitəçilik edib.

Jurnalın məlumatına görə, toplantıların gündəmi Hörmüz boğazı və Oman körfəzindəki gərginliklər olub. Səudiyyə Ərəbistanı ABŞ və Qərb ölkələrinin "Aramco” hücumuna reaksiyası qarşısında regional hədəflərinə fokuslanıb.

Xəbərdə İranın Parisdəki səfiri Bəhram Qasımi və digər iranlı rəsmilərə istinadən bir iddiaya da yer verilib. Belə ki, Tehran Ər-Riyada qarşılıqlı hücum etməmək haqqında pakt imzalamaq və neft ixracatının təhlükəsizliyini təmin etməyi ehtiva edən razılaşma təklif edib./publika.az

© xezerxeber.az


258 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR