Türk donanması İsrail gəmisini qovdu

15.12.2019 14:46

Türk donanması Şərqi Aralıq dənizində axtarış aparan İsrail gəmisinə mane olub.

Bu barədə İsrailin "Kanal 13” telekanalı məlumat yayıb.

İsrail və Cənubi Kiprdən olan mütəxəssisləri daşıyan İsrailin "Bat Qalim” adlı araşdırma gəmisi Türkiyə Hərbi Dəniz Donanmasına aid bir gəmi tərəfindən Şərqi Aralıq dənizindən çıxarıldığı bildirilir.

Türkiyə donanmasına aid gəmi "Bat Qalimə” ərazidən uzaqlaşması barədə əmr verib.

Telekanalın müxbiri Barak Ravidin iddiasına görə, hadisə zamanı gəmi Cənubi Kiprin ərazi sularında olub./Teleqraf.com

© xezerxeber.az


188 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR