Nikola Yurçeviç Azərbaycan millisinin baş məşqçi postundan istefaya göndərilib

13.12.2019 12:29

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç vəzifəsindən azad edilib.

Xezerxeber.az xəbər verir ki, bu barədə qərar AFFA-nın İcraiyyə Komitəsinin iclasında verilib.

Millinin AVRO-2020-nin seçmə mərhələsindəki çıxışını müzakirə edən komitə üzvləri baş məşqçinin hesabatını dinləyib. Tsikli uğursuz sayan qurum bu ilin əvvəlindən yığmanı çalışdıran xorvatiyalı mütəxəssisin işini qeyri-qənaətbəxş hesab edib. Bu səbəbdən müqaviləsi fevralda başa çatacaq mütəxəssis istefaya göndərilib.

© xezerxeber.az

FOTOQALERIYA






139 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR