Xalq Ulu Öndərin xatirəsini ehtiramla yad edir - VİDEO

12.12.2019 20:06

Ulu Öndərin vəfatının 16-cı ildönümü ölkənin hər yerində qeyd edilib. Bütün rayonlarda anım mərasimlərində insan izdihamı müşahidə olunub.

Ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü Gəncədə insan izdihamı ilə qeyd olunub.

Anım günü ilə əlaqədar şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri, idarə və təşkilatların kollektivləri, tələbələr, sakinlər Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla anıblar. Anım mərasimində iştirak edənlər Heydər Əliyevin Azərbaycan üçün müstəsna xidmətlərindən, müstəqilliyin qorunması, ölkənin hərtərəfli tərəqqisi uğrunda gördüyü işlərdən danışıblar.

Gün boyu Ulu öndər Heydər Əliyevin abidəsi önündə izdiham müþahidə olunub, İnsanlar ümummilli liderə vəfa borcunu yerinə yetirərək ehtiramla yad ediblər.

Sumqayıtda da ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib.Tədbirdə şəhər icra hakmiyyətinin nüməyəndələri ,rəsmi şəxslər,hüquq-mühafizə orqanlarının ,idarə,müəssisə və təşkilatların rəhbərləri və minlərlə şəhər sakini iştirak edib. Bildirilib ki, tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi yeri var.

Ümummilli lideri Heydər Əliyevin vəfatının on altıncı ildönümü ilə əlaqədar Mingəçevirdə də anım mərasimi keçirilib. Böyük insan izdihamı müşahidə olunan tədbirdə, şəhər ictimaiyyətinin nümayəndələri, idarə, müəssisə təşkilatarın üzvləri Ulu öndərin abidəsini ziyarət edərək qarşısına gül dəstələri düzüb, ümummilli liderin xatirəsinə ehtiramlarını bildiriblər.

Lənkəran rayonunda da ümummilli milli lider Heydər Əliyevin xatirəsi anılıb. Səhər saatlarından başlayaraq rayon rəhbərliyi, hüquq mühafizə orqanları əməkdaşları, ictimaiyyət nümayəndələri ulu öndərin adını daşıyan parka gələrək dahi rəhbərin xatirəsəsinə ucaldılmış abidə kompleksini ziyarət edib.

Burada da böyük insan izdihamı müşahidə olunub. Minlərlə insan ulu çndərin abidəsinizi ziyarət edərək. Ehtiramını bildirib.

© xezerxeber.az

FOTOQALERIYA






221 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR