Bakının bir hissəsində su olmayacaq

11.12.2019 11:12

Bakının Səbail rayonunun bəzi ərazilərində su olmayacaq.

"Azərsu” ASC-dən xezerxeber.az-a verilən məlumata görə, Səbail rayonu ərazisində magistral su xəttində yenidənqurma işlərinin aparılması ilə əlaqədar 11 dekabr 2019-cu il tarixində gün ərzində Badamdar qəsəbəsi və 20-ci sahə yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyət olacaq.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyir.

© xezerxeber.az


161 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR