Bakıda yük maşını iki nəfəri vuraraq öldürüb - VİDEO

11.12.2019 09:42

Ötən axşam Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.Yük maşını yolu keçmək istəyən piyadaları vurub.

Belə ki, daxili yoldan əsas yola çıxan yük avtomobili sol dönərkən əsas yolda olan iki piyadanın üzərindən keçib.

Hadisə nəticəsində hər iki şəxs aldıqları xəsarətlərdən dünyasını dəyişiblər.

© xezerxeber.az

FOTOQALERIYA






167 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR