ABŞ-da atışma baş verib, ölənlər var

11.12.2019 09:06

ABŞ-ın Nyu-Cersi ştatının Cersi-Siti şəhərində atışma baş verib.

Xezerxeber.az xəbər verir ki, atışma zamanı biri polis əməkdaşı olmaqla 4 nəfər ölüb.

Məlumata əsasən, atışma cinayətkarların qapandığı mağazada baş verib.

Hüquq-mühafizə orqanlarındakı mənbənin verdiyi xəbərə görə, öldürülən digərləri isə silahlı şəxsin barrikada qurduğu mağazada açdığı atəş nəticəsində həlak olublar. Məlumata görə, polis əməkdaşları silahlılardan azı ikisini zərərsizləşdirib.

© xezerxeber.az


92 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR