ABŞ Prezidenti Donald Tramp İrana təşəkkür edib

08.12.2019 16:02

Ədalətli danışıqlara və ABŞ vətəndaşını azadlığa buraxdığına görə ABŞ Prezidenti Donald Tramp İrana təşəkkür edib.

Aparılan danışıqların nəticəsində əldə olunan razılaşmaya görə, ABŞ-da həbs olunan iranlı alim Məsud Süleymanı və İranda həbs olunan Suyzan Vanqa azadlığa buraxılıblar. Bundan sonra ABŞ prezidenti D. Tramp "Twitter” hesabında İrana təşəkkürünü bildirərək yazıb ki, Barak Obamanın prezidentliyi dövründə İranda həbs edilən Syuzan Vanqa Prezident Donald Trampın dövründə azadlığa çıxdı. Bu hadisə onu göstərir ki, rəsmi Tehran ilə Vaşinqton danışıqlar masası arxasında müzakirələr aparıb razılıq əldə edə bilərlər.

Qeyd edək ki, ABŞ-ın dövlət katibi Maykl Pompeo da İran ilə danışıqların konstruktiv və ədalətli aparıldığını bildirib. (AZƏRTAC)

© xezerxeber.az


240 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR