Qadınlara qarşı zorakılıqla bağlı xüsusi arayış hazırlanıb - VİDEO

22.11.2019 18:22

"Qadınlara qarşı zorakılıqla bağlı xüsusi arayış hazırlamışıq”.

Xezerxeber.az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib.

H. Hüseynova deyib ki, bu problemlər bir gün ərzində yaranmır: "Bundan əvvəl qadına qarşı zorakılıq hallarını ailədə bilirlər. Ona görə də aidiyyatı qurumlar reaksiya verməlidir. Vaxtında qadına dəstək verilsə, elə hallar olmaz”.

Dövlət Komitəsinin sədri qeyd edib ki, bu gün əsas problemlərdən biri də sığınacaqların olmamasıdır: "Bizim sığınacaqlar yoxdur ki, zəruri halda uşaqları yerləşdirək. Hansısa müddət o uşaqlar həmin sığınacaqlarda yerləşdirilə, onlara sosial işçilər, psixoloqlar dəstək verə bilər. Dünya ölkələrində elə sığınacaqlar bələdiyyələr tərəfindən yaradılır”.

Komitə sədri, həmçinin aliment məsələsinə də toxnub. O bildirib ki, kişi aliment vermirsə, ölkədən çıxışına qadağa qoyulmalıdır. Bu problemin qarşısını almağın digər bir vasitəsi isə aliment fondunun yaradılmasıdır. Bunun üçün isə addımlar atılır.

Hicran Hüseynova məktəblərdə uşaqlar arasında bir-birinə qarşı olan təzyiqlərindən də bəhs edib. Onun sözlərinə görə, təzyiqlərin nəticəsində bədbəxt hadisələr baş verir. Ona görə də məktəblərdə bu cür uşaqlara vaxtında psixoloji yardım, dəstək göstərilməlidir. Bu məsələdə isə əsas yük müəllimlərin üzərinə düşür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






237 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR