Bakıda qadın aksesuarları satılan mağazadan oğurluq edilib. Hadisə isə anbaan lentə alınıb. Əvvəlcə mağazanın qapısında olan qıfılın biri açılıb. Sonra isə ikinci və üçüncü qıfıllar sındırılıb.
Xezerxeber.az-ın məlumatına görə, hadisə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi v massivi 12-ci binanın həyətində baş verib.
Mağazanın sahibi Türkanə Babayeva deyir ki, gecə həyat yoldaşı ilə birlikdə satış üçün xeyli sayda məhsul gətiriblər. Onların bir hissəni vitirnə düzüb, yerdə qalanını isə mağazada qoyublar.
Onun sözlərinə görə, hadisədən əvvəl 3 gün mağaza bağlı olub. Onlar satış üçün məhsul aldıqları gün isə artıq oğrular mağazanı soyublar. Maraqlıdır ki, oğurluq edən şəxs və ya şəxslər yüzlərlə məhsulun arasından ancaq keyfiyyətli gümüşləri və bahalı malları aparıblar.
Qeyd edək ki, faktla bağlı 33-cü polis bölməsində araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
© xezerxeber.az
XİN-dən SƏRT BƏYANAT: ABŞ-ın qondarma "erməni soyqırımı"nı...
Türkiyəli futbolçu dünya gündəmində: Rekord qıran paylaşım - FOTO
Dəhşətli kadrlar: şir zoopark işçisinin qolunu parçaladı – VİDEO
"Mançester Yunayted" evdə böyük hesablı qələbə qazandı - VİDEO
Prezident Bakı gəmiqayırma zavodunda: “Laçın” istismara verildi
Minlərlə vətəndaşa ŞAD XƏBƏR - Prezident 15,4 milyon manat ayırdı
Azərbaycanda dəhşətli hadisə - Qadın özünü qatarın altına atdı
Bakıda AİLƏ DRAMI - Kirayədə yaşayan gənc ər-arvadın meyiti tapıldı
Dünya şokda: Amerika həkimlərindən bir ilk - Ölünü diriltdilər