Kürdəmir və Lənkəranda ağır yol qəzaları - 3 nəfər ölüb - VİDEO

21.11.2019 21:21

Kürdəmirdə yük maşını ilə minik avtomobili toqquşub.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun 27- ci km-də, Kürdəmir rayonunun Təklə kəndindən keçən hissəsində qeydə alınıb.

Sürücü 53 yaşlı Sabirabad rayon sakini Yaşar Vəliyev Kürdəmir istiqamətində yük maşını ilə hərəkətdə olarkən əks istiqmətdə hərəkətdə olan İsmayıllı rayon Kürdmaşı kənd sakini 29 yaşlı Vasif Abbasovun idarə etdiyi minik maşını ilə toqquşub. Qəza nəticədə minik maşınının sürücüsü hadisə yerindəcə dünyasını dəyişib, yük maşını isə yoldan çıxaraq aşıb. Minik maşınında sıxılıb qalmış sürücünün meyiti xilasedicilər tərəfindən çıxarılaraq aidiyyati üzrə təhvil verilib.

Lənkəranda isə yolu keçmək istəyən yaşlı qadını avtomobil vurub. Hadisə axşam saatlarında köhnə Ələt-Astara magistral yolunun Boladı kəndinən keçən hissəsində qeydə alınıb.

Cəlilabad rayon sakini Azər Camalovun idrə etdiyi avtomobil yolu keçmək istəyən Balaqız Quliyevanı vuraraq ağır yaralayıb. Dərhal yaşlı qadın Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, müayinə zamanı onun öldüyü müəyyənləşib.

Bundan başqa, Lənkəranda axşam saatlarında məşqdən çıxıb evinə qayıdan uşağı avtomobil vuraraq öldürüb. Hadisə şəhərin Şəhidlər xiyabanı küçəsində, "Su səkkiz" kimi tanınan ərazidə baş verib. 12 yaşlı Nihad Kazımzadə yolu keçərkən onu Nərimanabad qəsəbə sakini Mirəziz Abıyevin idarə etdiyi avtomobil vurub. Sürücü yaralını xəstəxanaya çatdırmaq istəsə də, uşaq yolda dünyasını dəyişib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






285 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR