Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Şəkidə fındıq bağı salınır - VİDEO

20.11.2019 20:58

Şəkidə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Küngüt meşəbəyliyi ərazisində sahələr daşlardan, kol-kosdan təmizlənərək fındıq ağacları əkilir.

Xezerxeber.az-ın məlumatına görə, Küngüt və Bideyiz kəndlərinin yaxılığında olan 350 hektar ərazi daşlardan təmizlənərək findıq tingləri əkilir. Burada şərait nəzərə alınaraq yerli fındıq sortlarına üstünlük verilir. Ağacların əkinini Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə müqavilə bağlamış şirkət aparır.

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev Şəki və Qax bölgəsindəki meşə torpaqlarının icarəyə verilib, əvəzində bitki, ağac və kolların kəsilərək yerində fındıq bağının salınması xəbərinə münasibət bildirib. Nazir müavini açıq meşə sahələrinin icarəyə verilməsi ilə bağlı bildirib ki, bu, 2017-ci ildə Meşə Məcəlləsinə edilən dəyişikliyə əsasən tam qanunamüvafiqdir. Onun sözlərinə görə, meşə fondunun açıq sahələrinin, istifadəsiz və yararsız qalmış torpaqların potensialından səmərli istifadə etmək məqsədilə Lənkəran, Quba, Qusar, Zaqatala, Balakən, Qax, Şəki, Oğuz rayonlarının açıq meşə sahələrinin aqro bağların salınması üçün uzunmüddətli icarəyə verilməsi işləri bu gün də davam edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






298 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR