Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

MSK aşağı seçki komissiyaları üçün treninqlərə başlayıb

20.11.2019 11:23

Bu il dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) maarifləndirmə proqramı çərçivəsində müxtəlif statuslu seçki subyektləri üçün genişmiqyaslı layihələr davam etdirilir.

Mərkəzi Seçki Komissiyasından bildiriblər ki, noyabrın 20-dən etibarən növbəti layihəyə - aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərə başlanılıb. Hələ 2002-ci ildə müxtəlif beynəlxalq təşkilatlarla birgə əməkdaşlıq şəraitində əsası qoyulan və ilbəil təkmilləşdirilərək 2008-ci ildən daha da genişləndirilən bu layihə bütün seçkilərdə mütəmadi şəkildə keçirilməklə dairə və məntəqə seçki komissiyaları üzvlərinin bilik, bacarıq və peşəkarlıq səviyyəsinin yüksəldilməsində olduqca mühüm rol oynayır.

Qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı iki mərhələli treninq layihəsi hazırlanıb. Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımovun açılış nitqi ilə noyabrın 20-dən start götürən ilk mərhələnin dörd gün davam etməsi nəzərdə tutulur. Mərkəzi Seçki Komissiyasının Treninq Qrupu tərəfindən müxtəlif metodiki və əyani vəsaitlərdən istifadə edilməklə tamamilə praktiki formada keçirilən "Trenerlər üçün treninq”lərdə hər seçki dairəsindən iki təmsilçi olmaqla, dairə seçki komissiyalarının ümumilikdə 230-a yaxın yerli trenerinə seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə prosesi, seçki günü müstəsna hallar, səslərin sayılması və səsvermənin nəticələrinə dair rəsmi protokolların doldurulması da daxil olmaqla, bütün seçki günü prosedurları barədə aydın və hərtərəfli məlumat verilir.

Gündəliyə uyğun olaraq treninqlərdə, həmçinin Mərkəzi Seçki Komissiyasının Treninq Qrupunun mütəxəssisləri tərəfindən seçki günü prosedurları, səsvermə hərəkətləri və baş verə biləcək müstəsna hallar praktiki məşğələlərin gedişində əyani formada səhnələşdirilərək iştirakçılara nümayiş etdirilir, müzakirələr aparılır və onları maraqlandıran suallar cavablandırılır.

Treninqlərin məntəqə seçki komissiyalarının üzvlərini əhatə edən ikinci mərhələsinə noyabrın 25-də başlanacaq və seçki dairələri üzrə məntəqə seçki komissiyalarının sayına müvafiq olaraq təqribən bir həftə davam edəcək. Bu mərhələdə keyfiyyətin və səmərəliliyin daha da yüksəldilməsi məqsədilə məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlərin Mərkəzi Seçki Komissiyasının Treninq Qrupu tərəfindən hazırlanan cədvəl əsasında kiçik qruplar şəklində - hər treninq sessiyasında 36 nəfərədək komissiya üzvünün iştirakı ilə keçirilməsi nəzərdə tulur.

Treninqlər zamanı aşağı seçki komissiyalarının hər bir üzvünə yaxından tanış olmaq və təlimlərdə istifadə etmək məqsədilə MSK tərəfindən hazırlanan "Seçki günü üçün Yaddaş” kitabçası, səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri materiallar da təqdim olunacaq.

Mərkəzi Seçki Komissiyasının həyata keçirdiyi kifayət qədər genişmiqyaslı maarifləndirmə layihəsi olan treninqlər bələdiyyə seçkiləri keçirilən seçki məntəqələrinin bütün 30 minə yaxın üzvünü əhatə edir.

© xezerxeber.az


119 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR