Bolqarıstanda ən aşağı ömür uzunluğu qeydə alınıb

19.11.2019 17:21

Bolqarıstanda əhalinin orta ömür uzunluğu 74,8 yaş təşkil edir. Bu göstəriciyə görə ölkə Avropa İttifaqı ölkələri arasında siyahıda ən sonuncu pillədə yerləşir. Avropanın Statistika Agentliyinin məlumatına əsasən, Bolqarıstandan yuxarı Latviya 74,9 yaş, Rumıniya 75,3 yaş, Litva 75,8 yaş göstəricisi ilə yerləşir.

Avropa İttifaqında orta ömür uzunluğu 2017-ci ilə görə 80,9 yaşa bərabər olub. Ən uzun ömürlülərin ölkələri İspaniya 83,4 yaş və İtaliya 83,1 yaşdır. Eyni zamanda göstərilir ki, Avropa İttifaqında kişilərin orta ömür uzunluğu 78,1 yaş, qadınların isə 83,5 yaş təşkil edir. (AZƏRTAC)

© xezerxeber.az


110 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR