İstanbulda son 40 ilin ən isti noyabr ayı qeydə alınıb

19.11.2019 17:08

Hazırda İstanbulda son 40 ilin ən isti noyabr ayı qeydə alınıb.

Türkiyənin Hidrometeorologiya İdarəsindən verilən məlumata bu ay şəhərdə hava temperaturu əsasən orta hesabla 21.7° təşkil edib.

1981-ci ilin eyni dövründə İstanbulda hava temperaturu orta hesabla 11.7 ° olaraq qeydə alınıb.

Mütəxəssislərin hesablamalarına görə, hava dəyişikliyi sadəcə İstanbulda deyil, bütün Türkiyə ərazisində müşahidə edilir. Belə ki, son 50 ilin göstəricilərinə nəzər saldıqda, ölkə ərazisində hava temperaturu 1.2° artıb. Belə ki, əgər Türkiyə ərazisində 1970-1978-ci illərin noyabr aylarında hava temperaturu orta hesabla 12.7 ° qeydə alınıbsa, bu rəqəm 2007-2016-cı illərin eyni dövründə 13.9° təşkil edib.

2018-ci ilin oktyabr-noyabr ayları ilə müqayisədə 2019-cu eyni dövründə də hava temperaturunda artım müşahidə edilib.

Alimlər bunun səbəbini iqlim dəyişikliyi ilə izah edirlər. Onlar dünyada baş verən iqlim dəyişikliklərinin Türkiyə üçün də təsirsiz ötüşmədiyini, bu vəziyyətin insan sağlamlığına və gündəlik həyat tərzinə mənfi təsir göstərdiyini bildirirlər.

© xezerxeber.az


110 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR