Abşeronda çoxmərtəbəli yaşayış binasında yanğın

19.11.2019 09:43

Abşeron rayonunda yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, rayonun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasının yeddinci mərtəbəsində ümumi sahəsi 110 m² olan 3 otaqlı mənzilin mətbəxində 8 m² sahədə mebel və 1 ədəd soyuducu yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

© xezerxeber.az


119 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR