Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Azərbaycan Ordusunda əməliyyat təlimi keçirilir - VİDEO

12.11.2019 20:37

Prezident İlham Əliyevin təstiq etdiyi plana əsasən ordumuz miqyasında əməliyyət təlimlərinə start verilib. Təlimlər 3 mərhələdə keçirilib və düşmən təxribatının qarşısının almasına yönəlib. Bununla bağlı Müdafiə Naziri Zakir Həsənovda müşavirə keçirib.

Hərbiçilərin hər biri əmrə əsasən döyüş üçün hazırlanırlar.

Daha sonar qurudan, havandan və sudan olan nəqliyyat vasitələri ilə hərəkət edirlər.

Görüntülər ordumuzun əməliyyat təlimindəndir. Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən ordumuz miqyasında əməliyyat təlimi başlayıb.

Üç mərhələdə keçirilən təlimin əsas məqsədi şərti düşmənin təxribatlarının qarşısını almaqla hücum əməliyyatlarının aparılması zamanı qərargahların və qoşunların idarəetmə orqanlarının hazırlığının, eləcə də ümumqoşun birlikləri, HHQ, HDQ, Raket və Artilleriya Qoşunları, Xüsusi Təyinatlı Qüvvələr arasında qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsidir.

Əməliyyat təlimində qoşunların, dayanıqlı, fasiləsiz, operativ və gizli idarəedilməsi, qərargahların səhra idarəetmə məntəqələrinin fəaliyyətinin təkmilləşdirilməsi, videokonfranslar və fiberoptik kommunikasiya xətləri vasitəsi ilə sərəncam və əmrlərin taktiki və əməliyyat səviyyəsində sürətli ötürülməsi və şəraitə uyğun olaraq qərarların qəbul edilməsi üzrə vərdişlər məşq etdirilir.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov əməliyyat təlimlərinin başlanması ilə bağlı nazirliyin rəhbər heyəti ilə xidməti müşavirə keçirib.

Döyüşü idarəetmə mərkəzində keçirilən toplantıda bildirilib ki, təlimin planına əsasən Azərbaycan Ordusunun birlik və birləşmələri, qoşun növləri və qismləri həyəcan siqnalı ilə qaldırılaraq tam döyüşə hazırolma dərəcəsinə gətirilib.

Müşavirə zamanı əsas və ehtiyat idarəetmə məntəqələri, həmçinin qoşun növlərinin komanda məntəqələri ilə birbaşa videobağlantı qurularaq qoşunların cari vəziyyəti ilə bağlı brifinq təqdim olunub, əməliyyat şəraiti, kəşfiyyat fəaliyyəti, aviasiya və raket-artilleriya qoşunlarının döyüş imkanları barədə məruzələr dinlənilib.

Müxtəlif qoşun növlərinin əməliyyatların planlaşdırılması qruplarında olan Müdafiə naziri qoşunlara və bölmələrə qərarların və döyüş tapşırıqlarının çatdırılması üzrə müvafiq göstərişlər verib.

© xezerxeber.az

FOTOQALERIYA






134 dəfə oxunub

XƏBƏRLƏR

08.12.2019 14:02

Yevda Abramov dəfn olunub

ÇOX OXUNANLAR