İranın XİN rəhbəri Bakıda ABŞ-ı sərt tənqid etdi

23.10.2019 13:13

İranın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinə baxmayaraq, ABŞ-ın Hərtərəfli Birgə Fəaliyyət Planından çıxması regiona və ondan kənarda təhlükəsizliyə ziyan vuran dağıdıcı faktordur.

Bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Qoşulmama Hərəkatının Xarici İşlər Nazirlərinin XVIII zirvə toplantısı çərçivəsində nazirlərin hazırlıq görüşündə çıxışı zamanı bildirib.

O qeyd edib ki, ABŞ-ın yürütdüyü iqtisadi müharibə-iqtisadi terrorizm sadə iranlılara qarşı yönəlib: "Bu isə nəinki insanlığa, həmçinin dünya birliyinə və təhlükəsizliyinə ciddi təhdiddir”.

Cavad Zərif bildirib ki, Birləşmiş Ştatların Qoşulmama Hərəkatına üzv olan Kuba, Suriya, Venesuela, İran, hətta Çin və Rusiya kimi böyük dövlətlərə sanksiyalar tətbiq etməsi beynəlxalq iqtisadi münasibətlərə zərər vurur: "Nəticədə milyonlarla insan və qlobal ticarət təhlükə altına düşür. Qlobal fəlakətin qarşısını almaq üçün beynəlxalq birliyin birləşərək ABŞ-ı bu təhlükəli kursu dəyişməyə məcbur etməsi olduqca önəmlidir. Bu gün ABŞ öz tərəfdaşlarına belə xəyanət etdiyini sübuta yetirib”.

© xezerxeber.az

FOTOQALERIYA






107 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR